Natiya Turnava - malların ehtiyyatda, eləcə də rəflərdə olduğuna nəzarət edirik, qiymətlərin dinamikasını müqayisə edirik və münasibət bildiririk
Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava deyir ki, qida məhsullarının kifayət qədər ehtiyyatı mövcuddur.
Bununla yanaşı, onun qeyd etdiyinə görə, müəyyən taxıl məhsullarına qisamüddətli əngəllər yaransın, lakin bunun da ehtiyyatı praktiki olaraq yoldadır.
“Defisit məsələsinə gəldikdə, bir daha demək istəyirəm, bu gün söhbət ajiotajın tələbindən gedir. Buna əsas yoxdur, çünki ehtiyyat yerində mövcuddur. Biz bilirik ki, taxıl məhsullarına qısamüddətli defisit yaransın, lakin sizi əmin edirəm, bu bir neçə günlük məsələdir və yoldadır”, – nazir bəyan edir.
Onun dediyinə görə, qiymətlər ilə bağlı müəyyən faktlar var idi, lakin biznes yaranmış duruma ümumilikdə böyük məsuliyyətlə yanaşır və hökumətlə əmkdaşlıq edir.
Elə onun dediyinə görə, ehtiyyat, eləcə də məhsulların rəflərdə olduğu məsələsinə və qiymətlərə nəzarət edir.