Natiya Turnava - biznes istəyir ki, hər şey birdən birə açılsın, lakin buna imkanımız yoxdur
Biznes istəyir ki, hər şey birdən birə açılsın, lakin buna imkanımız yoxdur, – bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava hökumətin iqtisadi komandası, epidemiloqlar və profil biznesi nümayəndələri ilə görüşdən sonra bəyan etdi. Görüş hökumət administrasiyasında keçirildi.
“Açdığımız ən birinci sektorlar qeyri-qida obyektləri, şəbəkə mağazaları və mollardır; Bunu iki mühit şətləndirdi – yeni il qabağı biz izlədik və onlar kifayət qədər yüksək məsuliyyət göstərdilər və bu imtahanı yaxşı tapşırdılar. Baxmyaraq ki, bu müddət ərzində ticarət şəbəkələri iki milyona qədər insanı buraxdılar, buna görə epid-partlayışımız olmayıb. İkinci mühit odur ki, ticarət insanın ilkin təlabatını təşkil edir. Buna görə, bu biznes ilk növbədədir”, – Turnava bəyan edir.
Natiya Turnava qeyri-qida ticarəti və ticarət mərkəzlərinin rəhbərləri ilə görüşünü konstruktiv və pozitiv adlandırdı.
Turnava bəyan edir ki, mərhələli və sayaq addımlar onun zəmanətidir ki, bir aydan sonra yenə də hansısa sahənin bağlanması lazım gəlməsin.
“Biznes istəyir ki, hər şey birdən birə açılsın, lakin buna imkanımız yoxdur. Mərhələli və sayaq addımlar onun zəmanətidir ki, bir aydan sonra yenə də hansısa sahənin bağlanması lazım gəlməsin. Hamı istəyir ki, hər şey pandemiyaya qədər olduğu kimi olsun, lakin bu yalnız bir sadə məsələyə görə mükün deyil, çünki pandemiya hələ məğlub edilməyib”, – Turnava qeyd etdi.