Natiya Turnava  - Bidzina İvanişvili böyük siyasətçidir və eyni zamanda böyük xeyriyyəçi, bu da onun bəyanatı ilə bir daha sübut olunur
Natiya Turnava - Bidzina İvanişvili böyük siyasətçidir və eyni zamanda böyük xeyriyyəçi, bu da onun bəyanatı ilə bir daha sübut olunur

Bidzina İvanişvili böyük siyasətçidir və eyni zamanda böyük xeyriyyəçi, bu da onun bugünki bəyanatı ilə bir daha sübut olunur, çünki onun siyasətə gəlməsi və getməsi prosesi də bir növ siyasi xeyriyyə aktı idi, – bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava bəyan etdi.

Onun dediyinə görə, Bidizina İvanişvili siyasətə ölkənin ən çox çətinlik çəkdiyi bir vaxtda gəldi.

“Siyasətə elə bir vaxtı gəldi ki, gürcü ictimaiyyəti dəyişikliklər istəyirdi. İvanişvili və “Gürcü Arzusu” bu dəyişiklikləri gətirdi, diktator rejimini hakimiyyətdən uzaqlaşdırdı. Bu müddət ərzində yeni, hakimiyyətin demokratik standartlarını tədbiq etdi, insan hüquqlarına və azadlığına orientasiya edilmiş humanist standartlarını tədbiq etdi.

Bu gün, Gürcüstan əhalisi, gürcü ictimaiyyəti üçüncü dəfə yenə də “Gürcü Arzusuna” etimadını elan edərkən, cənab Bidzina İvanişvili siyasətdən gedir. Bu çox dəyərləndiriləsidir və dünya siyasəti tarixində nadir haldır”, – Natiya Turnava bəyan etdi.

Bidzina İvanişvili bu gün siyasətdən getməsi barəsində bu gün açıq məktub yaydı.