Azərbaycana işgüzar səfəri çərçivəsində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava Azərbaycanın baş naziri, Əli Əsədov ilə görüşdü. Görüşdə həmçinin, Gürcüstanın Azərbaycandakı səfiri, Zurab Pataradze iştirak edirdi.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumata görə, görüşdə Gürcüstan və Azərbaycan arasında ikitərəfli dostluq münasibətləri və ticarət-iqtisadi əlaqələr, o cümlədən ticarət, nəqliyyat, investisiya, enerji və s. söhbət aparıldı.
“Gürcüstan və Azərbaycanın regional və qlobal əhəmiyyətli layihələrə, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. iştirakına xüsusi diqqət yetirildi.
Görüşdə Gürcüstan, Azərbaycan və Türkiyədə 2012-ci ildən keçirilən və bu il altıncı dəfə üç ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşəcək biznes forumların keçirilməsinin vacibliyi vurğulandı. Onun dediyinə görə, forum biznes üçün yeni biznes təkliflərini nəzərdən keçirmək, yeni tərəfdaşlar əldə etmək və işgüzar əlaqələri daha yaxşı inkişaf etdirmək üçün yaxşı imkandır və forumda əldə olunan razılaşmalar üç ölkə arasında müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın inkişafına imkanlar yaradacq”, – İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.