National Geographic Gürcüstanı 2018-ci ili mütləq ziyarət edilməsi gərəkən ölkələr arasında adlandırdı
National Geographic jurnalı Gürcüstanı 2018-ci ili mütləq ziyarət edilməsi gərəkən ölkələr arasında adlandırdı. Məqalənin müəllifləri tərəfindən hazırlanan seçilmiş 21 ölkənin siyahısında Gürcüstan 3-cü yerdədir.
Məqalənin müəllifləri kükürd hamamlarını, yerli mətbəxi və insanların qonaqpərvərliyini xüsusi ilə qeyd edirlər.
Müəlliflər onu da qeyd etdilər ki, ölkənin vizual tərəfi baş döndürən surətlə inkişaf edir.
“Mütləq qədim Tbilisinin həqiqi şarmını və o ləzzətli xinkalisini görün” – yazırlar məqalənin müəllifləri.