Natia Turnava uçuşlar haqqında - "Vizear" avia-şirkəti Gürcüstana öz bazalarını qaytarmaq haqqında danışır
Natia Turnava uçuşlar haqqında - "Vizear" avia-şirkəti Gürcüstana öz bazalarını qaytarmaq haqqında danışır

“Vizear” avia-şirkəti bizimlə, Gürcüstana öz bazalarını qaytarmaq haqqında danışır – bu bəyanatı Gürcüstanın İqtisadiyyat Naziri Natia Turnava Gürcüstanın Birinci Kanalına verdi.

Onun dediyinə görə, yaz mövsumundan avia-şirkət uçuşların bərpasına hazırlanır.

“Biz avia-uçuşları mərhələ şəklində açağacıq, ancaq epid-vəziyyət öz şərtlərini göstərəcək, çünki bəzi ölkələr Gürcüstandan gələn sərnişinlər üçün karantin rejimi qoyublar. Bu əlbəttə ki, uçuşların fəallığına böyük zərər verir. Ancaq, biz yenə də avia-şirkətlərlə fəal danışıqlar aparırıq. Yaz aylarından çox sayda avia-şirkət avia-reysləri bərpa edəcək, onların arasında “Vizear” da var, hansı ki, Gürcüstana öz bazalarını qaytarmaqdan bəhs edir” – dedi Natia Turnava.