Natia Turnava - üç və ya daha çox uşağı olanlar sentyabrın 1 -dən banka müraciət edə və yaşayış şəraitini yaxşılaşdıra bilərlər, faizin təxminən 2/3 -ni subsidiyalaşdıracağıq
İllər ərzində, xüsusən də kovid şəraitində “Gürcüstanda İstehsal Et” proqramı kiçik və orta sahibkarlığa kömək üçün çox güclü təsir imkanına çevrildi, – deyə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava hökumət iclası başa çatdıqdan sonra bildirib.
Nazirin sözlərinə görə, indi proqrama yeni komponentlər əlavə olunur ki, bu da qurumun on illik planında əksini tapıb. İlk yeni alt proqram sentyabrın 1-dən sonra uşağı olan hər bir ailəyə şamil olunacaq subsidiyalaşmış kreditlərdir.
“Körpənin doğulması anından etibarən 12 ay ərzində belə ailə banka müraciət edə , ipoteka krediti götürə və əlavə olaraq yeni mənzil, ev ala bilər, 200 min həcmindəki kredit birgə subsidiyalaşdırılacaq . Birinci və ya ikinci uşağı olan ailələr üçün , bankın birgə maliyyələşdirməsi təxminən yarısı olacaq. Şərti olaraq, əgər bu gün 12%-ə ipoteka krediti götürsələr, bunun 6% -i dövlət tərəfindən ödəniləcək və əgər söhbət üçüncü, dördüncü və hər sonrakı uşaqdan gedirsə, bu halda ortaq maliyyələşdirmə daha yüksəkdir, təxminən 8 %-dir. Bu o deməkdir ki, bu cür ailə təxminən 4% -ə bu gün ipoteka krediti götürəcək; Həyat şəraitini yaxşılaşdırmaq üçün birgə maliyyələşməni beş il ərzində həyata keçirəcəyik.
Bu kateqoriyadan olan maliyələşməyə daxil olacaq ikinci kateqoriyaya, indi üç və ya daha çox uşağı olan ailələr , yəni çoxuşaqlı ailələr daxildir, onlar da avtomatik olaraq bu proqramdan, yəni yeni bir üzv doğulmadan faydalana biləcəklər. Üç və ya daha çox uşağı olanlar sentyabrın 1 -dən sonra ilk 12 ay ərzində bir bank müəssisələrinə müraciət edə, yaşayış şəraitini yaxşılaşdıra, yeni yaşayış sahəsi satın ala bilərlər və burada da bank faizinin təxminən 2/3 hissəsini biz subsidiyalaşdıracağıq.
Ümid edirik ki, bu proqram ailələrimizin rifahına böyük töhfə verəcək, həyat şəraitini yaxşılaşdıracaq və hər bir ailədə hər yeni üzvün doğumu nəinki böyük sevinc gətirəcək, həm də konkret, praktiki fayda gətirəcək “-deyə Natia Turnava bildirib.