İqtisadiyyat Nazirinin vəzifəsinin içraçısı Natia Turnava ticarət mərkəzlərinin nümayəndələri ilə görüş keçirir.
Görüş medya nümayəndələri üçün qapalıdır.
Görüş başlayana qədər “Tbilisi Central”-ın direktoru Levan Karalaşvili bəyan etdi ki, ticarət mərkəzləri gərəkən hazırlıqları görüblər və müvafiq requlyasiyalar qorunaraq, mütləq açılmalıdırlar.
“Bildiyimiz qədəri ilə, epidemioloji vəziyyət yaxşıya doğru gedir. Biz açılmağa bugündən hazırıq. Ticarət mərkəzlərində sağlamlıq tədbirləri ən yaxşı şəkildə qorunub və ümid edirik ki, günün sonunda daha müsbət məlumatımız olacaq. Əgər ticarət mərkəzləri dekabr ayında açılmasa, yanvar ayında 25 000 vətəndaş işsiz qalacaq” – dedi Levan Karalaşvili.