Natia Turnava maliyyə sektorunun nümayəndələri ilə görüşləri davam etdirir. Bu gün Milli Bankın prezidenti vəzifəsinin icraçısı “Terrabank”ın Müşahidə Şurasının üzvü Abhicit Çouduri və baş direktor Tea Lortkipanidze ilə görüşüb.
Görüşdə maliyyə sektorunda mövcud vəziyyətə toxunulub. Natia Turnava “Terrabank”ın nümayəndələrini Milli Bankın bank nəzarəti istiqamətində həyata keçirdiyi mühüm islahatlarla tanış edib. Bununla yanaşı, o qeyd edib ki, Gürcüstanın maliyyə sistemi iqtisadiyyatın tərəqqisinə mühüm töhfə verən ölkənin ən sabit və inkişaf etmiş sektorlarından biridir.
“Biz maliyyə sektorunun nümayəndələri ilə görüşlərə başladıq. Milli Bankın vəzifəsi maliyyə sektorunun maliyyə sabitliyini və şəffaflığını təşviq etmək, istehlakçıların və investorların hüquqlarını qorumaqdır. Bu vəzifələri yerinə yetirmək üçün Milli Bank maliyyə sisteminin sabit və səmərəli fəaliyyət göstərməsinə, rəqabət mühitinin yaradılmasına öz töhfəsini verir. Qeyd etmək lazımdır ki, bank nəzarəti və tənzimləmə standartlarımız ən yaxşı beynəlxalq təcrübələrə əsaslanır. Maliyyə sektoru Milli Bankın vaxtında və ardıcıl tənzimləməsi sayəsində inkişaf etmiş və sabitdir” – Natia Turnava bildirib.
Məlumatı Gürcüstanın Milli Bankının mətbuat xidməti yayır.