Natia Turnava "TAV Urban Georgia"-nın yeni baş direktoru ilə görüşdü
İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava Tbilisi və Batumi beynəlxalq hava limanlarının rəhbər şirkəti “TAV Urban Georgia”-nın yeni baş direktoru Alf ErTunqa Ersoy ilə görüşdü.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Natia Turnava şirkətin baş direktorunu yeni vəzifəsində fəaliyyətə başlaması münasibəti ilə təbrik etdi və müvəffəqiyyətlər arzuladı.
Görüşdə tərəflər koronavirus pandemiyası nəticəsində aviasiya sahəsində yaranan çağırışlar və onların həlli yollarını müzakirə etdilər.
Söhbət həmçinin, Batumi Beynəlxalq Hava Limanının genişləndirilməsi layihəsinə də toxundu, hansına TAV Georgia 17 milyonluq investisiya qoyacaq.
İnfrastruktur işləri 2021-ci ildə başa çatacaq.
Genişləndirildikdən sonra, Batumi Beynəlxalq Hava limanı ildə 1 200 000 yolçuya xidmət edəcək.
Görüşdə İqtisadiyyat nazirinin müavini Akaki Sağiraşvili və TAV Urban Georgia-nın baş direktorunu müavini Tea Zakaradze iştirak edirdilər.