Natia Turnava Tacikistanın Milli Bankının prezidenti ilə görüşüb
Natia Turnava Tacikistanın Milli Bankının prezidenti ilə görüşüb

 
Gürcüstanın Milli Bankının prezidenti vəzifəsinin icraçısı Natia Turnava “Tbilisi İpək Yolu Forumu”nun B2B görüşləri çərçivəsində Tacikistanın Milli Bankının prezidenti Hokim Xolikzoda ilə görüşüb.

Tərəflər Gürcüstan və Tacikistan Respublikasının milli bankları arasında 10 illik əməkdaşlıq təcrübəsini və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdə yaxın vaxtlarda Gürcüstan və Tacikistanın mərkəzi bankları arasında əməkdaşlığa dair memorandumun imzalanmasına qərar verilib.

Qeyd edək ki, Tacikistanın Mərkəzi Bankının nümayəndələri Milli Bankda aparılan uğurlu islahatları öyrənmək və təcrübə mübadiləsi məqsədilə tez-tez Gürcüstanın Milli Bankına səfər ediblər.

Məlumatı Gürcüstanın Milli Bankının mətbuat xidməti yayır.