İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava restoran industriyasının və həmçinin, qonaq-ev sahibliyi sektorunun təşəbbüs qrupunun nümayəndələri ilə görüşdü.
İqtisadiyyat Naziliryinin məlumatına görə, görüşdə sektor tərəfindən təqdim edilən tələblər müzakirə olundu.
Bununla yanaşı, iqtidarın anti-krizis planı çərçivəsində, restona sektoruna edilən güzəştlər bir daha vurğulandı.
Görüşdə qeyd olundu ki, epidemioloji vəziyyətdən irəli gələrək, həyata keçirilən lokal məhdudiyyətlər bizneslə komunikasiya nəticəsində tətbiq olundu.
“Başa düşürük ki, turizm və restoran industriyası üçün çox ağır vəziyyətdir. Bugün görüşdə təqdim edilən tələblərin əksəriyyəti iqtidar tərəfindən artıq yerinə yetirlib. Misal üçün bank subsidiyaları və kredit məsələləri artıq həll olunub. Qeyd olunmalıdır ki, vergi ödənişləri ilə bağlı güzəştləri restoran sektoru salamlayır və industriya üçün bu məsələ önəmlidir” – dedi nazir.
Nazirin bəyanatına görə, restoranlar tərəfindən əsas tələb odur ki, restoranlar işçilərini maksimal şəkildə qoruya bilsinlər.
Görüşdə İqtisadiyyat Nazirinin müavini İrakli Nadareişvili, “Gürcüstanda istehsal et” agentliyinin direktor müavini İrakli Qabriadze, Milli Turizm Administrasiyasının rəhbər vəzifəsinin müvəqqəti icraçısı Nino Kvenetadze iştirak edirdilər.