Natia Turnava Polşa səfiri ilə birbaşa avia gediş-gəliş və turizm sahəsindəki əməkdaşlığın bərpası haqqında söhbət etdi
İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava Polşa səfiri Marius Maşkieviç ilə iki ölkə arasında təhlükəsiz avia-dəhliz çərçivəsində birbaşa aviareyslərin bərpası və turizm sahəsindəki əməkdaşlıq məsələlərini müzakirə etdi.
Görüşdə həmçinin, nazir müavini Genadi Arveladze və Milli Turizm administrasiyasının rəhbəri Mariam Kvrivişvili iştirak edirdilər.
Nazirin dediyinə görə, son illərdə Polşadan gələn turistlərin sayı ikiqat artmışdı və bu da iki ölkə arasında birbaşa avia-reyslərin həyata keçirilməsi üçün şərait yaradırdı.
Görüşdə ümid edildi ki, Gürcüstan və Polşa arasında turizm sahəsindəki əməkdaşlıq formaları ilə bağlı işlər davam edəcək.
Bu haqda məlumatı İqtisadiyyat və Stabil İnkişaf Nazirliyi yayır.