Natia Turnava Pensiya Agentliyinin İnvestisiya Şurasının üzvləri ilə görüşüb
Gürcüstan Milli Bankının prezidenti vəzifəsini icra edən Natia Turnava Pensiya Agentliyinin İnvestisiya Şurasının üzvləri ilə görüşüb.
Milli Bankdan verilən məlumata görə, iclasda İnvestisiya Şurasının son vaxtlar həyata keçirdiyi məsələlər müzakirə olunub. Söhbət zamanı yığım pensiyası və investisiya planları haqqında qanunda davam edən dəyişikliklərə toxunulub.
“Davam edən islahatlar, mövcud tərəqqi və çağırışlar İnvestisiya Şurası ilə bugünkü görüşün əsas mövzuları olub. Milli Bank pensiya agentliyinin investisiya fəaliyyətinə nəzarət edən orqan olaraq vaxtaşırı şuranın üzvlərindən məlumatlar alır. Bu, adi bir işgüzar iclas idi, biz bu görüşdə aktual mövzular, pensiya agentliyinin investisiya fəaliyyətinə nəzarəti öz tərəfimizdən necə səmərəli etmək barədə geniş danışdıq”. – Natia Turnava bildirib.