Natia Turnava - Noyabr ayından Avropa istiqamətinə requyar avia-reyslərin mərhələ şəklində, bərpası başlacayaq
Noyabr ayından mərhələ şəklində, requlyar avia-reyslər bərpa olunacaq və bunlar əsasən, Avropa istiqamətləri olacaq, – bu barədə bəyanatı Gürcüstanın İqtisadiyyat Naziri Natia Turnava Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə verdi.
“Bunlar ənənəvi istiqamətlərdir, – Münhen, Paris, Riqa. Digər istiqamətlərə gəlincə isə, Amsterdam, Viyana, Varşava, Afina, Vilnyus, Dortmund, Katovitse, Milan, – indiyə qədər bu istiamətlərə avia-reyslər həyata keçirən şirkətlər requylar reysləri bərpa edə bilərlər” – dedi Natia Turnava.
Nazirin dediyinə görə, konkret detallar, misal üçün avia-reyslərin nə zaman və hansı tezliklə həyata keçiriləcəkləri avia-şirkətlərin iqtisadi durumu ilə bağlıdır, çünki bir çox avia-şirkət ağır dövrdən keçir.
“Məqsədimiz odur ki, pandemiya ilə elə mübarizə edək ki, biznes üçün zərəri olmasın və bu mərhələdə, aviareyslərin bərpası logikaya müvafiqdir. Çünki bu biznes-investorlar üçün də çox önəmlidir” – dedi İqtisadiyyat Naziri.