Natia Turnava - Milli Bankın adekvat və vaxtında reaksiyası qiymət sabitliyini təmin etdi
Natia Turnava - Milli Bankın adekvat və vaxtında reaksiyası qiymət sabitliyini təmin etdi

 
Gürcüstanda qiymət sabitliyinə mahiyyətcə nail olunub. 2023-cü ilin əvvəlindən inflyasiya azalmağa başlayıb və martdan sonra hədəf göstərici-üç faizdən aşağı qalır-bu haqda Gürcüstanın Milli Bankının prezidenti vəzifəsinin icraçısı Natia Turnava Gürcüstan Parlamentinin
Maliyyə və Büdcə Komitəsinə illik hesabatı təqdim edərkən deyib.

“Milli Bankın həm pul siyasətinin sərtləşdirilməsi istiqamətində, həm də sonradan yumşaldılması istiqamətində adekvat və vaxtında reaksiya verməsi ilə qiymət sabitliyi təmin edildi. 2023-cü ilin əvvəlindən inflyasiya gözləntiləri və yerli istehsal məhsullarının qiymətlərindəki dəyişikliklər azalma tendensiyası nümayiş etdirdi və son vaxtlar hədəf göstərici-üç faiz ətrafında normallaşdı. Larinin məzənnəsinin möhkəmlənməsi inflyasiyanın azalmasını təşviq edib, bu da xarici şokların təsirlərinin mərhələli şəkildə azalması ilə yanaşı, idxal inflyasiyasının və ümumi inflyasiyanın azalmasını şərtləndirib”- Natia Turnava açıqlayıb.

Natia Turnava bildirib ki, inflyasiya tendensiyalarını və inflyasiya proqnozunu nəzərə alaraq, Milli Bank 2023-cü ilin əvvəlindən sərt pul siyasətindən geri çəkilməyə başlayıb. 2023-cü ilin əvvəlində pul siyasətinin dərəcəsi 11% idi və ilin sonuna qədər, mərhələli şəkildə 1,5 faiz bəndi azalaraq 9,5 faizə qədər azalıb.

“İnflyasiya təzyiqinin aradan qaldırılmasından və həm inflyasiya gözləntilərinin, həm də yerli istehsal məhsullarının inflyasiyasının hədəf göstəriciyə stabil olaraq yaxın olmasına əmin olduqdan sonra biz pul siyasətinin normallaşmasının daha aktiv mərhələsinə keçdik. 2024-cü ilin əvvəlindən pul siyasəti dərəcəsini əlavə olaraq cəmi 1,5 faiz bəndi azaltdıq. Son olaraq, pul siyasəti dərəcəsi 11 faizdən bu günə olan vəziyyətə görə səkkiz faizə qədər azaldılıb. İnflyasiya gözləntiləri səngidiyi üçün bu, bizə yenidən maliyyələşdirmə dərəcəsini mərhələli şəkildə azaltmaq imkanı verdi. Bu, bir tərəfdən larinin resursuna müsbət təsir etdi və eyni zamanda, borc yükünü yüngülləşdirir. Biz iqtisadi tendensiyaları və qlobal cari hadisələri aktiv olaraq müşahidə edirik. Biz hər zaman dəyişən mühitə reaksiya verməyə, lazım gələrsə, pul siyasətini yumşaltmağa və ya sərtləşdirməyə hazırıq. Bu yolla iqtisadi rifahın əsas fundamentini- qiymət sabitliyini qoruyub saxlayırıq” – Natia Turnava açıqlayıb.