Natia Turnava “Halyk Bank Qazaxıstan”ın Müşahidə Şurasının sədri ilə görüşüb
Milli Bankın prezidenti vəzifəsini icra edən Natia Turnava “Xalik Bank Qazaxıstan”ın Müşahidə Şurasının sədri Umut Şayaxmetova və “Halyk Bank Georgia”nın baş direktoru Nikoloz Qequçadze ilə görüşüb.
Milli Bankdan verilən məlumata görə, tanışlıq xarakterli görüşdə müzakirələr zamanı regionun iqtisadi vəziyyəti, həmçinin “Halyk Bank” və Milli Bank arasında qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunulub.
Diqqət Gürcüstanın maliyyə sektorunun sabitliyində Milli Bankın roluna və Qazaxıstanın bu sektora investisiyalarının artım perspektivlərinə yönəldilib.