Natia Turnava - Gürcüstanda tapılan faydalı qazıntıların öz ölkəmizdə işlənməsini istəyirik
“Gürcüstanda tapılan və milli zənginliyimiz olan faydalı qazıntıların Gürcüstanda işlədilməsini istəyirik” – bu barədə bəyanatı İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava “Biznesə 100 investisiya təklifi” adlı yeni komponentin təqdimatında verdi.
Nazirin dediyinə görə, Gürcüstanın müxtəlif regionlarında seçilib, investisiya üçün hazırlanan faydalı qazıntı işlətmə obyektlərinin başlanğıq hərrac qiyməti 82 000 000 dollar təşkil edir, gözlənilən investisiya isə, 120 milyon dollardır.
Layihənin təqdimatı bu gün Marneuli munisipalitetində, Bazaleti ərazisində keçirildi, hansında Gürcüstan iqtidarının, biznes-asosiasiyaların, özəl sektorun və parlamentin üzvləri iştirak edirdilər.
“İstəyirik ki, gürcü mərməri burada işlədilsin və yeni inşaat materiallarının istehsalı zamanı istifadə edilsin” – dedi nazir.
Nazirin dediyinə görə, iqtidar buna müxtəlif proqramlarla nail olacaq. Onların arasında “Biznesə 100 investisiya təklif” layihəsi də var
İqtisadiyyat naziri faydalı qazıntıların tapılıb-işlədilməsi zamanı ekologiya standartlarını qorunmasından da söz etdi və qeyd etdi ki, bu məsələ lisenziya şərtlərində də nəzərdə tutulacaq.
Proqramın yeni komponentləri haqqında detallı məlumatı tədbirdə iştirak edən qonaqlara İqtisadiyyat Nazirliyinin faydalı Qazıntılar Agentliyinin rəhbəri Maia Zavraşvili verdi.