Natia Turnava - "Gürcüstanda istehsal et" proqramı çərçivəsində, 34 mindən artıq iş yeri yarandı
Natia Turnava - "Gürcüstanda istehsal et" proqramı çərçivəsində, 34 mindən artıq iş yeri yarandı

Kapital xərclərin və dövlət proqramlarının maliyyələşdirilməsi baxımından biz dünanın ən öndər ölkələrindən biriyik, – bu barədə bəyanatı Gürcüstanın İqtisadiyyat və Stabil İnkişaf naziri Natia Turnava, Gürcüstan parlamentində çıxış edərkən verdi.

Natia Turnava parlament müxalifətinin tənqidinə cavab olaraq, dövlət proqlamlarının müvəffəqiyyətli misallarını sadaladı və onların arasında “Gürcüstanda istehsal et” adlı proqram da var idi.

Natia Turnavanın məlumatına görə, 6000-dən artıq ailə mikro-qrant aldı, kredit-zəmanət sistemi artıq qüvvəyə mindi və biznesə ciddi yardım edir.

“Gürcüstanda istehsal et” proqramı çərçivəsində 34 min iş yeri yarandı və hər bir proqramımızın müvəffəqiyyəti iş yerlərinin yaranması ilə ölçülür” – dedi nazir.

Natia Turnavanın dediyinə görə, hazırda 3 illik qazifikasiya proqramı həyata keçirilir, bu da deməkdir ki, ölkə əhalisinin 90 faizi qazifikasiya səviyyəsinə çıxır.