Natia Turnava - Gürcüstan və Türkiyə arasında gediş-gəlişin təhlükəsiz şəkildə bərpa edilməsi üçün hazır olmalıyıq
Gürcüstanın İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri ilə onlayn-görüş keçirdi.
Turnava görüşdən sonra bəyan etdi ki, Gürcüstanın Türkiyə ilə sadəcə fəal turist gediş-gəlişi deyil, ümumi iqtisadi əməkdaşlıq əlaqələri də var.
Natia Turnavanın dediyinə görə, Gürcüstan üçün təhlükəsiz ölkə imicini qorumaq üçün bütün regionun təhlükəsizliyinin qorunması vacibdir.
“Türkiyənin Mədəniyyət və Turizm Naziri ilə, iki ölkə arasında gediş-gəlişin bərpası üçün mütləq olan protokollar və gərəkən şərtlərlə bağlı söhbət etdik” – dedi Natia Turnava.
Görüşdə həmçinin, İqtisadiyyat Nazirinin müavini Genadi Arveladze və Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili iştirak edirdilər.