Natia Turnava –Gürcüstan maska idxalçısından ixracatçı ölkəyə çevrilmək kimi   unikal bir şeyi bacardı
Natia Turnava –Gürcüstan maska idxalçısından ixracatçı ölkəyə çevrilmək kimi   unikal bir şeyi bacardı

 

 Gürcüstan unikal bir şeyi bacardı ki, bir çox dünya dövlətləri bunu edə bilmədi  və praktiki olaraq,3 ərzində,bütün dünyanın maska defisiti ilə üzləşdiyi bir vaxtda,Gürcüstan bunu bacardı və idxalçı dövlətdən  ixracatçı ölkəyə çevrildi- bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava ″Medifar″ şirkətinin maska istehsal olunan müəssisəsinə qonaq olarkən bildirib.

İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata əsasən,müəssisə  bu yaxınlarda fəaliyyətə başlayıb və bu gün üçün 24 saatda təxminən 100 000 ədəd,ayda isə 3000 000 ədəd yüksək keyfiyyətli tibbi maska istehsal edir və yaxın zamanlarda ixraca başlamağı planlaşdırır.

Turnavanın sözlərinə görə,″ Medifar″ şirkəti müəssisəyə 2 milyon laridən artıq investisiya həyata keçirib.

″Medifar″ tərəfindən istehsal olunan məhsul Gürcüstan miqyasında artıq aktiv şəkildə satılır ,lakin şirkət yaxın vaxtlarda məhsulun ixrac edilməsini planlaşdırır.

Şirkət hazırda maskaları  ixrac etmək üçün İsrail, Rusiya, Belçika, Avstriya, İtaliya və ABŞ kimi ölkələrlə aktiv şəkildə  danışıqlar aparır “- deyə İqtisadiyya Nazirliyinin məlumatında qeyd olunub.

Onların sözlərinə görə, müəssisədə hazırda 30 nəfərdən çox insan işlə təmin olunub.  

Hazırladı-Sevinc Mustafayeva