Natia Turnava - Qazın tarifləri artmayacaq, bu baxımdan bizə etibar edə bilərsiniz
Əminəm ki, qazın tarifləri artmayacaq, – bu barədə bəyanatı İqtisadi İnkişaf Naziri Natia Turnava jurnalistlərə hökümət iclası başa çatdıqdan sonra verdi.
“İyul ayında inflyasiya səviyyəsi 4,6 faiz idi və bu məqbul səviyyədir. Panika üçün əsas yoxdur. Hərkəsə müraciət etmək istəyirəm ki, bununla bağlı mənfi gözləntilər yaratmayaq.
Qazın tarifləri də artmayacaq. Keçən il də bundan əmin idim və indi də əminəm. Bu baxımdan bizə etibar edə bilərsiniz” – dedi Natia Turnava.