Natia Turnava - Energetika işğal altında olan Abxaziyanın Gürcüstanın digər hissələri ilə inteqrasiyası üçün şərait yaradan bir sahədir
“Rusiyadan Abxaziyaya elektrik enerji bir dəfəlik qısa müqavilə əsasında ötürülür” – bu barədə bəyanatı Birinci Kanal ilə söhbət zamanı İqtisadiyyat Nazirinin müavini Natia Turnava verdi.
Onun dediyinə görə, qeyd olunan müqavilə saatda 45 milyon kilovat üçün qoyulub və maddi dəyəri 315 min ABŞ dollarıdır.
Nazir müavini qeyd edir ki, əgər bu müqavilə olmasa, işğal altında olan Abxaziya özünə başqa elektrik enerji qaynağı axtarmalı olacaq.
“Energetika elə bir sahədir, hansı ki, işğal altında olna Abxaziya regionunu Gürcüstanın digər hissələri ilə birləşdirə bilər və düşünülməmiş ritorika ilə bu balansı pozmamalıyıq” – dedi Natia Turnava.
Rusiyadan Abxaziyaya elektrik enerjinin ötürülməsi fevralın 27-də başladı.
Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, razılaşma Gürcüstanın elektrik-enerji sisteminin komersiya operatoru (ESKO) tərəfindən Rusiya ilə qoyuldu.