Natia Turnava - əminliklə deyə bilərik ki, 2021-ci ili ikirəqəmli iqtisadi artımla başa vuracağıq
Natia Turnava - əminliklə deyə bilərik ki, 2021-ci ili ikirəqəmli iqtisadi artımla başa vuracağıq

 

Bu gün məlum oldu ki, 2021-ci ilin noyabr ayında iqtisadi artım 12 faiz olub, ona görə də artıq əminliklə deyə bilərik ki, 2021-ci ili ikirəqəmli iqtisadi artımla başa vuracağıq. Bu bizim tərəfimizidən 2022-ci ilin sürətli inkişaf ili olacağına dair verilən çox mühüm bəyanatdır-bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava bildirib.

Nazir vurğulayıb ki, iqtisadi artımın əsas müəyyənedici amili yüksək templə artan Gürcüstan məhsullarının ixracı, eləcə də turizmin canlanması və bərpasıdır.

Onun sözlərinə görə, demək olar ki, bütün sahələrdə o cümlədən logistika, nəqliyyat, istehsal sənayesi, yerləşdirmə obyektləri, qonaqpərvərlik sənayesi və s. müsbət dinamika qeydə alınır.

” Bütün bunlar dinc və firavan 2022-ci ilə gətirib çıxaracaq, o zaman bizim əsas vəzifəmizə – yoxsulluqla mübarizəyə – tam şəkildə nail olunmuş olacaq ” -deyə Natia Turnava bildirib.