Natia Turnava - Əlimizdən gələni edəcəyik ki, ABŞ şirkətləri Gürcüstanda özlərini daha komfortlu hiss etsinlər
“Əlimizdən gələni edəcəyik ki, ABŞ şirkətləri Gürcüstanda özlərini daha komfortlu hiss etsinlər. Nazirliyimizin qapısı onlar üçün hər zaman açıqdır və onların qarşılaşdığı hər cür problemin həlli üçün hazırdır. Qərar verdik ki, gələcəkdə Gürcüstanda daha çox amerikan investisiyaları olsun” – bu bəyanatı Gürcüstanın İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava, 2020-ci ilin birinci kvartalında ABŞ-dan Gürcüstana həyata keçirilən investisiyaların statistikasını şərhləndirərkən verdi.
Rəsmi statistikaya görə, Gürcüstanın ən əhəmiyyətli strateji partnyoru və əsas investoru olan ABŞ şirkətlərinin investisiyaları, 2020-ci ilin birinci kvartalında 34%-lə artıb və ən böyük investor ölkələri arasında ikinci yer alıb.
“Çox sevinirik ki, pandemiyaya baxmayaraq, ABŞ-dan ölkəmizə həyata keçirilən investisiyalar daha da artıb. Bu yenə bir daha təsdiqləyir ki, “Gürcü Arzusunun” dəstəsi, ölkədə investorlar üçün cazib şəraitlər yaradırıq” – dedi Natia Turnava.