Natia Turnava - Elə təəssürat qalır ki, bəzi məsuliyyətsiz siyasi qüvvələr, Rusiya tərəfindən ölkəmizə böyük problemlər yaradan sanksiyaların qoyulmasını çox istəyirdilər
“Biz asosiasiya razılaşmasını, Avropa İttifaqı ilə azad ticarət razılaşmasını və Çinlə azad ticarət razılaşmasını imzaladıq. Hal-hazırda yenə bir neçə əhəmiyyətli ticari razılaşmalarla bağlı danışıqlar aparılır, hansı ki, bizə 2,3 milyardlıq istifadəçi bazarına çıxmaq imkanını yaradacaq” – bu bəyanatı İqtisaiyyat və Stabil İnkişaf Naziri Natia Turnava verdi.
Natia Turnavanın dediyinə görə, bütün bu imkanları gürcü biznesi üçün Gürcüstan iqtidarı yaratdı.
Nazir rus turistləri məsələsi ilə bağlı da danışdı.
“Rus turistlərinin ölkəmizə gətirdiyi gəlir payı 25 faizi təşkil edir və bundan ailə mehmanxanaları, taksi sürücüləri, restoran sahibləri və digər vətəndaşlar faydalanırlar və kimsənin onları bu gəlirdən məhrum etməyə haqqı yoxdur.
Elə təəssürat yaranır ki, bəzi məsuliyyətsiz siyasi qüvvələr, Rusiya tərəfindən ölkəmizə böyük problemlər yaradan və 4 milyard laridən artıq zərər verən sanksiyaların qoyulmasını çox istəyirdilər” – dedi nazir.
“İndi Batumidəki sahillər boşdur və bu da elə həmin zərərli siyasi qüvvələrin yaratdıqları nəticədir.
Təbii ki, bunlar bizi narahat edir və adi vətəndaşlar da bunu görürlər.
Biz, iqtidar olaraq, əlimizdən gələni edirik ki, vətəndaşlarımıza daha böyük iqtisadi zərər verilməsin” – dedi Natia Turnava.