Natia Turnava - Düşünürük ki, "Telasi" olduqca sərfəli qiymətə satıla bilər
İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnavanın bəyanatına görə, Gürcüstanda iqtisadi fəaliyyət necə yerli, eləcə də, xarici investorlar baxımından olduqca yüksəkdir.
Nazirin dediyinə görə, strateji infrastrukturun satılması ilə bağlı parlament qanun qəbul etdi, hansı ki, müəyyən filtrləri nəzərdə tutur və proses şəffaf olmalıdır.
Natia Turnava AC “Telasinin” satılması ilə bağlı hərhansı riskləri görmür və hesab edir ki, şirkət sərfəli qiymətə satıla bilər.
“İqtisadi rəqəmlərə baxsaq, 2019-cu ul ilə müqayisədə, xeyli artım var, bu da deməkdir ki, pandemiyaya baxmayaraq, necə yerli, eləcədə xarici investorlar privatizasiyada iştirak edirlər. “Telasiyə” gəlincə, bilirsiniz ki, parlament bu strateji infrastrukturun satılması ilə bağlı qərar verdi. Bu proses şəffaf olacaq və bunda hərhansı risklər görmürük və obyekt sərfəli qiymətə satıla bilər” – dedi Natia Turnava.
“Partnyorluq fondu” AC “Telasinin” kapitalında olan aksiyalar hissəsinin – 24.5%-nin satılması üçün hərrac elan etdi.
Hərracın başlanğıc qiyməti 10 511 211.08 ABŞ dollarının ekvivalentini nəzərdə tutur.
Hərrac 2020-ci ilin avqustun 10-da elan edildi və sentyabrın 9-da başa çatacaq.