Natia Turnava, DP World şirkəti ilə Gürcüstanın nəqliyyat-logistika potensialını, o cümlədən Anaklia dərin su limanı layihəsini müzakirə etdiyini bildirib
Natia Turnava, DP World şirkəti ilə Gürcüstanın nəqliyyat-logistika potensialını, o cümlədən Anaklia dərin su limanı layihəsini müzakirə etdiyini bildirib

 

İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Dubayda keçirilən “Expo 2020” çərçivəsində gürcü nümayəndə heyətinin üzvləri ilə birlikdə logistika və nəqliyyat sahəsində fəaliyyət göstərən “DP World” şirkəti ilə görüş keçirib. Natia Turnavanın verdiyi məlumata görə, görüşdə Gürcüstanın logistikanın inkişafı baxımından regional liderin potensialı, eyni zamanda konkret layihələr, o cümlədən Anaklia dərin su limanı müzakirə olunub. Görüşdə Gürcüstan nümayəndə heyətinin rəhbəri, vitse-baş nazir, ətraf mühit və kənd təsərrüfatı naziri Levan Davitaşvili iştirak edib.

“DP World – terminal-port xidmətləri, yük daşımaları və logistika baxımından dünyanın aparıcı şirkətlərindən biridir. Biz onları Gürcüstanda logistika infrastrukturunun inşaası nöqteyi-nəzərdən hansı inkişafın olması ilə tanış etdik, həmçinin Anaklia dərin su limanı haqqında danışdıq. “DP World” bizim Qara dəniz sahillərini çox yaxşı tanıyır, Gürcüstanın regionda çox mühüm dəhlizin hissəsi, logistik platforma olaraq malik olduğu potensialı bilir”- deyə iqtisadiyyat naziri bildirib.

Natia Turnavanın sözlərinə görə, gürcü tərəfi ilə görüş zamanı şirkət nümayəndələri Gürcüstan hökumətinin Anaklia ilə bağlı apardığı tədqiqatlarla ətraflı tanış olmaqda maraqlı olduqlarını bildiriblər, bu tədqiqata əsasən də Anaklia dərin su limanı layihəsi hələ də yüksək biznes cəlbediciliyini qoruyub saxlayır.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, “DP World” yüksək reputasiyaya malik qlobal, konteyner-terminal operator şirkətidir. O, dünyanın 40 ölkəsində 82 dəniz terminalını idarə edir və ildə orta hesabla 70 milyon konteyner hazırlayır. Şirkət həmçinin logistika və dəniz xidmətləri və azad sənaye zonalarının fəaliyyətini həyata keçirir. 2018-ci ilin göstəricilərinə görə, şirkətin gəliri 8,5 milyard dollar olub.

“Ümid edirik ki, bu şirkət də, eləcə də digər potensial investorlar Anakliaya daxil olmaqda maraqlı olacaqlar”, – deyə Turnava bildirib.