Natia Turnava - Dəyişikliyin qüvvəyə minmə tarixini, sxemini və prosedurunu müəyyən etmək üçün "Liberty Bank" ilə intensiv işləyirik
Natia Turnava - Dəyişikliyin qüvvəyə minmə tarixini, sxemini və prosedurunu müəyyən etmək üçün "Liberty Bank" ilə intensiv işləyirik

 
Dəyişikliyin qüvvəyə minmə tarixini, sxemini və prosedurunu müəyyən etmək üçün “Liberty Bank” ilə olduqca intensiv şəkildə işləyirik -bu haqda Milli Bankın prezidenti vəzifələrinin icraçısı Natia Turnava parlamentin plenar iclasında, interpelyasiya qaydası ilə çıxışı zamanı açıqlayıb.

O, 150 000-dən çox pensiyaçı üçün kredit faizlərinin azaldılmasının mühüm qərar olduğunu və xətasız həyata keçirilməsi gərəkdiyini bildirib.

“2018-ci ildən etibarən faiz dərəcəsi tədricən aşağı düşürdü, 2023-cü ilin yanvarın 1-də konkret düstura tabe edilincə radikal dönüş baş verdi. Dünən verilən qərara əsasən isə, 2023-cü ilə qədər pensiya krediti götürən hər kəsin faiz dərəcəsi azaldılacaq və ümumi çərçivəyə daxil ediləcək.

Dəyişikliyin hansı tarixdən, hansı sxem və prosedurla qüvvəyə minəcəyini müəyyən etmək üçün “Liberty Bank” ilə olduqca intensiv şəkildə işləyirik, çünki bu mühüm qərar 150 mindən çox insana təsir edəcək və xətasız şəkildə həyata keçirilməlidir”– Turnava açıqlayıb.

Dünən Gürcüstanın Baş naziri İrakli Kobaxidze Milli Bankın və “Liberty Bank”ın nümayəndələri ilə görüşüb. Görüşdən sonra məlum olub ki, 150 000-dən çox pensiyaçının kredit faizləri azaldılacaq.