Natia Turnava Britaniyanın Kral Sikkəxanasının nümayəndəsi ilə görüşüb
Natia Turnava Britaniyanın Kral Sikkəxanasının nümayəndəsi ilə görüşüb

 
Gürcüstanın Milli Bankının prezidenti vəzifəsinin icraçısı Natia Turnava Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Mərakeşdə keçirilən illik görüşləri çərçivəsində Britaniyanın Kral Sikkəxanasının nümayəndəsi Saymon Leykslə görüşüb.

Gürcüstanın Milli Bankının mətbuat xidmətinin yaydığı məlumatda tanışlıq məqsədli görüşdə Böyük Britaniyanın Kral Sikkəxanası ilə Gürcüstan Milli Bankı arasında tərəfdaşlıq münasibətlərinə və gələcək əməkdaşlıq perspektivlərinə diqqət yetirildiyi deyilir. Tərəflər gələcək əməkdaşlığı davam etdirmək arzusunda olduqlarını dilə gətiriblər.

“Böyük Britaniyanın Kral Sikkəxanası dünyanın ən böyük sikkə istehsalçılarından biridir və Gürcüstanın Milli Bankı ilə uzunmüddətli əlaqələrə malikdir. The Royal Mint sikkə istehsalı sahəsində bizim uzunmüddətli tərəfdaşımızdır. Görüşdə Böyük Britaniyanın Kral Sikkəxanası ilə Milli Bank arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi barədə razılığa gəldik” – deyə Natia Turnava açıqlayıb.

Qeyd etmək lazımdır ki, Gürcüstanın Milli Bankının bir çox layihələri məhz Böyük Britaniyanın Kral Sikkəxanasında həyata keçirilib. Müxtəlif illərdə The Royal Mint-də 2 larilik, 1 lari və 50 qəpiklik sikkələr, həmçinin Məsihin anadan olmasının 2000 illiyinə və dövlətçiliyinin 3000 illiyinə həsr olunmuş 10 larilik yubiley sikkələri istehsal edilmişdir.