Natia Turnava - Böyük ehtimalla requlyar aviareyslərin məhdudiyyətini iyulun sonuna qədər uzatmalı olacağıq
Natia Turnava - Böyük ehtimalla requlyar aviareyslərin məhdudiyyətini iyulun sonuna qədər uzatmalı olacağıq

Böyük ehtimalla requlyar aviareyslərin məhdudiyyətini iyulun sonuna qədər uzatmalı olacağıq, ancaq requlyar çarter reysləri bugün də həyata keçirilir, – bu barədə bəyanatı Gürcüstanın İqtisadiyyat Naziri Natia Turnava hökümət iclası başa çatdıqdan sonra verdi.

Natia Turnava qeyd etdi ki, turizmlə bağlı Gürcüstan iqtidarının əsas məqsədi odur ki, pandemiya ilə mübarizədə əldə etdiyi nailiyyətləri daha da gücləndirilsin.

“Biz iyul ayında da xarici vizitorlara diqqətlə yanaşacağıq. Requlyasiyaların sərt şəkildə yerinə yetiriləcəyinə diqqət edəcəyik. Həmçinin, bu məsələ ilə bağlı Avropa İttifaqının qərarını gözləyirik. Biz requlyar aviareyslərin bərpasını hərkəsdən daha çox istəyirik, ancaq ilk növbədə, əsas olan insan sağlamlığıdır” – dedi Natia Turnava.