Natia Turnava - Biznesə iqtidarla ultimatum dilində danışmağı tövsiyyə etməzdim
Biznesə iqtidarla ultimatum dilində danışmağı tövsiyyə etməzdim, – bu bəyanatı İqtisadiyyat və Stabil İnkişaf naziri Natia Turnava Birinci Kanala verdi.
Onun dediyinə görə, fevralın 8 və 15-dən məhdudiyyətlərin yüngülləşdirilməsi qərarı biznesin iqtidara təzyiqinin nəticəsi deyil.
“Bu qərar bizim ölçülmüş və planlı addımımızdır. Biz restoran biznesinin nümayəndələri ilə yanvarın 25-də keçirilən görüşdə demişdik ki, iki həftə ərzində vəziyyətə baxacağıq və sonra müvafiq qərarlar verəcəyik.
Növbəti iki həftə yenə epid-vəziyyətə diqqət edəcəyik və mənfi dəyişikliklər olmasa, restoranların daxili məkanlarının işləməsinə də icazə veriləcək.
Əlbəttə ki, biznes bizim üçün çox önəmlidir, ancaq ictimaiyyətin maraqlarından irəli gələrək, hərəkət edirik” – dedi İqtisadiyyat Naziri.