Natia Turnava - Biznes vizitorların platformaları müvəffəqiyyətli və tam şəkildə qüvvəyə mindi
Bir aylıq test rejimindən sonra, biznes vizitorların platforması müvəffəqiyyətli və tam şəkildə qüvvəyə mindi, – bu barədə bəyanatı İqtisadiyyat Naziri Natia Turnava, idarələrarası koordinasiya şurasının iclasından sonraki brifinqdə verdi.
Nazirin dediyinə görə, statistika təəsurat vericidir və bugünün göstəriciləri ilə, Gürcüstana biznes-səfərə gəlmək istəyənlərin 2 700 ərizəsi daxil edildi.
Nazirin dediyinə görə, biznes-vizitorlar ölkədə 14 günlük karantin rejimini keçməyəcəklər, ancaq öz xərcləri ilə PCR testindən keçməlidirlər.
Natia Turnavanın dediyinə görə, yaxın günlərdə yeni bir platformanın təqdimatı keçiriləcək, hansının vasitəsi ilə, Gürcüstana uzun müddətli biznes-vizitorlar da gələ biləcəklər və Gürcüstandan distansiyalı şəkildə işləyəcəklər.
“Bu baxımdan beynəlxalq maliyyə institutları tərəfindən böyük maraq var, onlar Gürcüstanda yaşayıb, distansiyalı şəkildə öz korporasiyalarını Gürcüstandan işlətmək istəyirlər” – dedi Natia Turnava.