Natia Turnava - bizim əsas qayğımız yoxsulluğa qarşı mübarizə və iş yerlərinin yaradılması ilə bağlı hər şey olacaq
Bu gün artıq əminliklə deyə bilərik ki, 2021-ci ildə iqtisadi artım 10,7%-dən az olmayacaq. Bizim bu ili ikirəqəmli artımla başa vuracağımıza dair proqnozumuz əldə olunub-bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
Natia Turnavanın sözlərinə görə, ötən il çətin olsa da, iqtisadi baxımdan kifayət qədər uğurlu olub.
Bununla belə, nazirin qeyd etdiyi kimi, statistik olaraq ilin nəticələri yanvarın ikinci yarısında ümumiləşdirilsə də, indidən demək olar – keçən ilki iqtisadi artım ən azı 10,7% olacaq, lakin ola bilsin bu rəqəmi aşsın.
Turnavanın sözlərinə görə, bu, 2022-ci ilin daha uğurlu və ölkənin makroiqtisadi göstəricilərin yaxşılaşdırılması istiqamətində daha çox imkanlara malik olması üçün çox yaxşı ilkin şərtdir.
” Məsələn, dövlət borcunun səviyyəsi – biz bu rəqəmi ÜDM-ə yönəlik bütövlükdə 10 faiz bəndi azalda bilərik. Həmçinin, dövlət büdcəsindən bir çox mühüm sosial və ya infrastruktur layihələrini maliyyələşdirək. Baş nazirin də qeyd etdiyi kimi, yeni ildə bizim əsas çağırış və qayğımız yoxsulluğa qarşı mübarizə və təbii ki, yeni iş yerlərinin yaradılması, biznesin təşviqi və yüksək iqtisadi artımın qorunması ilə bağlı hər şey olacaq” – deyə İqtisadiyyat və Davamlı İnkişaf naziri bildirib.