Natia Turnava - Biz təhlükəsiz dəhliz açan ilk ölkələrdən biri olacağıq və turizm gediş-gəlişimiz də bərpa olunacaq
Natia Turnava - Biz təhlükəsiz dəhliz açan ilk ölkələrdən biri olacağıq və turizm gediş-gəlişimiz də bərpa olunacaq

Baş nazir Giorgi Qaxarianın tapşırığı ilə İqtisadiyyat Nazirliyi spesifik anti-böhran planı üzərində işləyir.

Bu barədə bəyanatı bugünki təqdimarda İqtisadiyyat Naziri Natia Turnava verdi.

Onun dediyinə görə, turizm sektoru yardıma ehtiyacı olan bir industriyadır və indiyə qədər Gürcüstan iqtisadiyyatına ən böyük qatqısı olan bir sahədir və onun üçün ayrı bir plan hazırlanmalıdır.

“Turizm sektoruna fərqli bir plan lazımdır və ancaq beləliklə biz ilin sonuna qədər təhlükəsiz yer olacağıq və turizmimiz də artıq ənənəvi olmayacaq. Turizmə qarşı yeni tələblər irəli sürüləcək. Biz təhlükəsiz dəhliz açan ilk ölkələrdən biri olacağıq və turizm gediş-gəlişimiz də bərpa olunacaq” – dedi Natia Turnava.

Nazirin dediyinə görə, plan hazırlıq mərhələsindədir və iqtidarla razılaşdırıldıqdan sonra, turist industriyasına təqdim ediləcək.