Milli Bankın prezidenti vəzifəsinin icraçısı Natia Turnava Birləşmiş Krallığın Gürcüstandakı yeni səfiri Qaret Uord ilə tanışlıq məqsədli görüş keçirib.
Görüşdə tərəflər Gürcüstanın Milli Bankı ilə Birləşmiş Krallığın Mərkəzi Bankı arasında sıx əməkdaşlığı vurğulayıblar. Həmçinin, gələcək əməkdaşlığın aktivləşdirilməsinə və mərkəzi bankların səlahiyyətlərinə aid olan məsələlərdə, o cümlədən maliyyə texnologiyalarının inkişafı baxımından məlumat mübadiləsinə diqqət yetirilib.
Görüş çərçivəsində Natia Turnava Böyük Britaniyanın Gürcüstanın sıx tərəfdaşı olduğunu və onunla əməkdaşlığın həm ölkə, həm də Milli Bank üçün prioritet olduğunu vurğulayıb.
Görüş başa çatdıqdan sonra Natia Turnavanın qeyd etdiyi kimi, pul siyasəti, çirkli pulların yuyulmasının qarşısının alınması və virtual aktivin xidmət təminatçılarının tənzimlənməsi baxımından Milli Bank tərəfindən atılmış aktiv addımlara dair Qaret Uolda məlumat verdiyi olduqca səmərəli və maraqlı görüş baş tutub.
Məlumatı Milli Bankın mətbuat xidməti yayır.