Natia Turnava Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin rəhbəri ilə görüşüb
Natia Turnava Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya Departamentinin rəhbəri ilə görüşüb

 
Gürcüstan Milli Bankının prezidenti vəzifəsini icra edən Natia Turnava və vitse-prezident Arçil Mestvirişvili Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya departamentinin rəhbəri Cihad Azur ilə görüşüblər.

Görüşdə regionun iqtisadi vəziyyəti və mövcud problemlərə toxunulub. Natia Turnava Cihad Azuru Gürcüstanın makroiqtisadi tendensiyaları və Milli Bankın islahatları ilə tanış edib. Bundan əlavə, Gürcüstanın Beynəlxalq Valyuta Fondu tərəfindən dəstəklənən iqtisadi proqramının gedişatına da toxunulub. Qeyd edilib ki, proqram Gürcüstanda makroiqtisadi sabitliyin möhkəmlənməsinə töhfə verir. Gürcüstanın maliyyə sektorunun sabitliyinin təmin edilməsində Milli Bankın roluna diqqət yönəldilib.

Səfər çərçivəsində Natia Turnava Ermənistanın milli valyutası – dramın 30 illik yubiley tədbirində iştirak edib. Yüksək səviyyəli simpoziumu Dilicanda Ermənistan Mərkəzi Bankı və “Bretton Woods Komitəsi” təşkil edib. Milli Bankın prezidenti vəzifəsini icra edən Natia Turnava Ermənistan və Özbəkistanın mərkəzi banklarının rəhbərləri ilə də tanışlıq məqsədli görüşlər keçirib.

Məlumatı Gürcüstan Milli Bankının mətbuat xidməti yayır.