Natia Turnava Beynəlxalq Valyuta Fondunun alternativ icraçı direktoru ilə görüşdü
Gürcüstan Milli Bankının prezident vəzifəsini icra edən Natia Turnava Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Luk Dresse ilə görüşdü.
BVF-nin icraçı direktoru Asiya İnkişaf Bankının illik iclasları çərçivəsində Gürcüstandadır.
Görüşdə tərəflər Gürcüstanın makroiqtisadi mühiti, iqtisadi artım amilləri, maliyyə bazarlarının inkişafı və qiymət sabitliyinin qorunması barədə danışıdılar. Həmçinin, mövcud geosiyasi riskləri və onlarla bağlı çağırışları qiymətləndirdilər.
Məlumatı Gürcüstan Milli Bankının mətbuat xidməti yayır.