Natia Turnava - Beynəlxalq Valyuta Fondu ilə sıx və səmərəli əməkdaşlıq gələcəkdə də davam etdiriləcək
Natia Turnava - Beynəlxalq Valyuta Fondu ilə sıx və səmərəli əməkdaşlıq gələcəkdə də davam etdiriləcək

Beynəlxalq Valyuta Fondu ölkənin mühüm tərəfdaşıdır və onunla sıx və səmərəli əməkdaşlıq gələcəkdə də davam etdiriləcəkdir-
Milli Bankın prezidenti vəzifəsini icra edən Natia Turnava bu barədə Beynəlxalq Valyuta Fondunun Gürcüstandakı yeni nümayəndəsi Endryu Cevellə Milli Bankın rəhbərliyinin iştirak etdiyi tanışlıq xarakterli görüşdə bildirib.

Milli Bankın məlumatına görə, görüşdə ölkənin makroiqtisadi vəziyyətinin icmalına, Gürcüstanın Beynəlxalq Valyuta Fondu tərəfindən dəstəklənən iqtisadi proqramının gedişi, həmçinin Beynəlxalq Valyuta Fondunun texniki yardım məsələlərinə toxunulub. Fondun dəstəklədiyi proqram makroiqtisadi sabitliyin möhkəmlənməsinə töhfə verir.

“Milli Bank qlobal çağırışlara cavab olaraq bir sıra ardıcıl və adekvat addımlar atıb. Gürcüstanın Milli Bankı tərəfindən müvafiq siyasət həyata keçirilməsi inflyasiya gözləntilərini idarə etməyə və qiymət sabitliyini təmin etməyə kömək etdi. İyulda inflyasiya 0,3%-ə qədər azalıb ki, bu da hədəf 3% səviyyəsindən xeyli aşağıdır, baza inflyasiyası isə 3,1% təşkil edib”, – Milli Bankdan bildiriblər.