Natia Turnava Beynəlxalq Maliyyə Korporasiyasının regional meneceri ilə görüşüb
Milli Bankın prezidenti vəzifəsini icra edən Natia Turnava BMK – Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandez Duarte ilə görüşüb.
Tanışlıq görüşündə tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə GMB davamlı maliyyələşdirmə üçün çərçivə hazırlamağa başladı və 2019-cu ilin aprel ayında Gürcüstan üçün davamlı maliyyələşdirməyə dair təlimat nəşr etdi.
“Gürcüstan Milli Bankı Beynəlxalq Maliyyə Korporasiyası ilə sıx əməkdaşlıq edir. Bunu bir sıra birgə uğurlu layihələr də təsdiqləyir. Bu yaxınlarda açıq bankçılığı inkişaf etdirmək üçün biz daha bir layihənin əsasını qoyduq. BMK-nın dəstəyi bizim üçün vacibdir və biz gələcəkdə də səmərəli əməkdaşlığı davam etdirəcəyik”, – Natia Turnava qeyd edib.