Natia Turnava bəyan edir ki, yaxın gələcəkdə ümumi internetizasiya proqramının pilot hissəsi başlayacaq
Gürcüstanın İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava bəyan edir ki, ümumi internetizasiya dövlət proqramın olan “Oupen Netin” pilot hissəsi yaxında başlayacaq.
Nazirin dediyinə görə, dünya Bankı hökümətlə bərabər proqramı maliyyələşdirməyə hazır olduğunu bildirir.
“Proqram koronavirusa qədər artıq hazırlıq prosesində idi. İndi isə, pilot hissəsi başlayacaq, tender artıq başa çatdı və qalib şirkətimiz də var. Şəhərlərimiz az-çox sürətli internetlə təmin edilib. İndi isə, şəbəkələr çəkilib, kəndlərin internetizasiyası başlamalıdır. Təqribən 800 yaşayış məntəqələrinə kabellər çəkiləcək” – dedi Natia Turnava.