Natia Turnava - Avropa İttifaqı səfiri ilə görüşdə Beynəlxalq Valyuta Fondu ilə müvəqqəti dayandırılmış proqramın mümkün qədər tez bərpa olunmasının vacibliyi vurğulanıb
Natia Turnava - Avropa İttifaqı səfiri ilə görüşdə Beynəlxalq Valyuta Fondu ilə müvəqqəti dayandırılmış proqramın mümkün qədər tez bərpa olunmasının vacibliyi vurğulanıb

Gürcüstan Milli Bankının prezidenti vəzifəsini icra edən Natia Turnavanın sözlərinə görə, Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski ilə görüşdə söhbətdə digər məsələlərlə yanaşı Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığa da toxunulub.

Turnavanın sözlərinə görə, görüşdə Beynəlxalq Valyuta Fondu ilə müvəqqəti olaraq dayandırılmış proqramın mümkün qədər tez bərpa olunmasının vacibliyi qeyd edilib.

“Görüşdə biz Gürcüstanın makroiqtisadi sabitliyinin vacibliyindən, hazırkı mərhələdə mövcud olan çağırışlardan danışdıq. Vacib məsələlərdən biri Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığa aid idi. Qeyd edilib ki, Beynəlxalq Valyuta Fondu ilə müvəqqəti dayandırılmış proqram mümkün qədər tez bərpa edilməlidir”, – deyə Natia Turnava bildirib.