Natia Turnava - Avropa İttifaqı gidlərin sertifikasiyası planının hazırlanmasında bizə yardım edəcək
Natia Turnava - Avropa İttifaqı gidlərin sertifikasiyası planının hazırlanmasında bizə yardım edəcək

Gürcüstanın İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava Avropa İttifaqının iqtisadi istiqamət rəhbəri Domenik Papenhaims, Almaniya Beynəlxalq Əməkdaşlıq İctimaiyyətinin (GiZ) nümayəndəsi Filip Ştainhaim və Avstriya İnkişaf Agentliyinin Cənubi Qafqaz ofisinin rəhbəri Gerhardt Şauberger ilə görüşdü və onlarla Avropa İttifaqı tərəfindən dəstəklənən turizmproqramı ilə bağlı söhbət etdi.

İqtisadiyyat Nazirinin dediyinə görə, xüsusi aksent Avropa İttifaqının gidlərin sertifikasiyası proqramının həyata keçirilməsi üçün Gürcüstana ediləcək texniki yardıma yetirildi.

Nazirin dediyinə görə, iqtidar əlindən gələni edir ki, sektor krizis vəziyyətindən tez zamanda çıxa bilsin.

Görüşdə qeyd edildi ki, Avropa İttifaqı gürcü tərəfinə gidlərin könüllü sertifikasiya sisteminin hazırlanmasında yardım edəcək.

Natia Turnavanın bəyanatına görə, gidlərin hazırlanması post-covid çağırışına baxmayaraq, çox önəmlidir.

Görüşdə İqtisadiyyat Nazirinin müavini İrakli Nadareişvili və Milli Turizm Administrasiyasının rəhbər müavini Medea Caniaşvili iştirak edirdilər.