Natia Turnava – Avropa Birliyinin  səfirlərindən birbaşa uçuşlar və turizm əlaqələrinin  ən qısa müddətdə bərpa edilməsinə dair   böyük istək gördük
 Natia Turnava – Avropa Birliyinin  səfirlərindən birbaşa uçuşlar və turizm əlaqələrinin  ən qısa müddətdə bərpa edilməsinə dair   böyük istək gördük

 

  

İqtisadiyyat və Davamlı inkişaf naziri Natia Turnava, Avropa Birliyi ölkələrinin səfirləri ilə birlikdə video –konfrans keçirib.Konfransın  təşəbbüskarı Avropa Birliyinin  Gürcüstandakı səfiri Karl Hartzel olub.  

Onlayn  konfransda Natia Turnava AB-nin diplomatik korpusunun nümayəndələrinə  Gürcüstan hökumətinin anti-böhran planı və onun gedişatı, habelə  pandemiyanın  səbəb olduğu böhran vəziyyətindən ölkənin çıxarılmasına dair hökumət strategiyası ,o cümlədən ölkəyə qlobal şirkətlərin cəlb olunması üçün nəzərdə tutulan investisiya  siyasəti barədə  ətraflı məlumat verib. Həmçinin, Gürcüstanın iyulun 1-dən etibarən beynəlxalq ziyarətçiləri  qəbul etməyə və onlara təhlükəsiz tətil təklif etməyə hazır olması barədə də məlumat verib.

Onlayn konfransda AB-nin 20  ölkəsinin səfiri, eyni zamanda İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavinləri Ekaterine Mikabadze və Qenadi Arveladze iştirak ediblər.

Natia Turnavanın sözlərinə görə, Gürcüstanda akreditasiyadan keçmiş səfirlər   Gürcüstan tərəfindən turizm sektorunun açılmasında maraqlı idilər.

O, səfirlərin Gürcüstanın yenilənmiş investisiya siyasətində də maraqlı olduqlarını bildirib.

Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.

 

 

 

Hazırladı-Sevinc Mustafayeva