Natia Turnava - Antipandemiya tədbirləri ilə paralel olaraq, Gürcüstanın energetika layihələri işləməyə davam edirdi
Natia Turnava - Antipandemiya tədbirləri ilə paralel olaraq, Gürcüstanın energetika layihələri işləməyə davam edirdi

İqtisadiyyat Naziri Natia Turnava Avropanın Rekonstruksiya və İnkişaf Bankının vebinarında iştirak etdi. Vebinar pandemiya nəticəsində yaranan qlobal çağırışlar mövzusuna aid idi.

Öz çıxışında Natia Turnava Gürcüstanın Eneregetika sektoru qarşısında mövcud olan problemlər və iqtidarın antikrizis qərarları haqqında danışdı.

Onun dediyinə görə, pandemiya nəticəsndə, qlobal olduğu kimi, Gürcüstan energetikası üçün də ciddi problemlər yarandı.

Nazirin dediyinə görə, anti-pandemiya tədbirlərinə paralel olaraq, Gürcüstanda özəl investisiyalarla həyata keçirilən energetika layihələrinin işi heç dayandırılmadı.

Onun dediyinə görə, söhbət necə pandemiyadan öncə, eləcədə 2020-ci ildə başlayan layihələrdən gedir.

Nazir vebinarın təşkilatçılarına təşəkkür etdi və qeyd etdi ki, belə tədbirlər maraqlanan tərəflərə konstruktiv dialoqların aparılması, təcrübə mübadiləsi və enerketika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün imkan yaradır.

Məlumatı Gürcüstanın İqtisadiyyat və Stabil İnkişaf Nazirliyi yayır.