Natia Turnava - "Anaklia İnkişaf Konsorsiumuna" müraciət edirik ki, öz öhdəliklərini yerinə yetirməyə başlasın ki, Anaklia limanının inşaatı başlasın
“İqtidar tərəfindən dəfələrlə qeyd olundu ki, Anaklia limanı strateji əhəmiyyət daşıyan bir obyektdir” – bu barədə bəyanatı İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava verdi.
Onun dediyinə görə, bu layihənin iqtidar tərəfindən presedentsiz dəstəyi var.
“Bu layihəyə 300 milyon larilik infrastrukturdan başlayaraq və 70 milyon larilik torpaq sahəsinin alınması ilə başa çataraq, və hətta 100 milyon dollarlıq əlavə maliyyələşdirməyi də nəzərə alsaq, iqtidar tərəfindən presedentsiz dəstək verilir.” – dedi Natia Turnava.
Natia Turnavanın dediyinə görə, layihəyi dəstəkləmək üçün iqtidar beynəlxalq banklarla da fəal əməkdaşlıq edir.
“Ümid edirik ki, “Anaklia İnkişaf Konsorsiumu” adlı özəl investor öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Biz ona müraciət edirik ki, müxtəlif səbəblər taparaq, üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsindən baş qaçırdmasın və öz öhdəliklərini yerinə yetirsin ki, limanın inşaat prosesi tez zamanda başlasın” – dedi İqtisadiyyat Naziri.