Natia Turnava - ABŞ və Gürcüstan arasındaki münasibətlər hər bir istiqamətdə yüksək səviyyədədir
ABŞ-ın Dövlət katibinin müavini Kit Krosun dəyərləndirməsi çox dəqiqdir. Ölkələrimiz arasındaki münasibətlər hət bir aspektdə və istiqamətdə ən yüksək səviyyədədir. Xüsüsi ilə də iqtisadi əlaqələri qeyd etmək istəyərdim, – bu bəyanatı Gürcüstanın İqtisadiyyat Naziri Natia Turnava ABŞ-ın Dövlət katibinin müavini Kit Krosun “Amerikanın səsi”-nin gürcü redaksiyasına verdiyi müsahibəsini şərhləndirərkən verdi.
Natia Turnavanın dediyinə görə, bir neçə gün bundan əvvəl ABŞ və Gürcüstan arasında “Təmiz şəbəkələr” adlı çox əhəmiyyətli bir memorandum imzalandı, hansı ki, Gürcüstanda amerikan biznesləri üçün yeni perspektivlər açır və onlar Gürcüstanda investisiyalara daha ciddi yanaşacaqlar.
“Bu deməkdir ki, ölkələrimiz arasında biznes əməkdaşlığın drayveri sadəcə dövlət idarələri deyil, bizneslər də olacaqlar və bu prosesə qoşularaq, bir-biriləri ilə daha sıx əməkdaşlığa başlayacaqlar. Əlbəttəki, aparıcı rol iqtidarlara aiddir, ona görə də, azad ticarət haqqında danışıqlar aparırıq və bu tərəqqinin perspektivləri hərzamankindən çox daha yaxındır” – dedi İqtisadiyyat Naziri.
Qeyd edək ki, Amerikanın Dövlət Katibinin müavini Kit Kroş bəyan etdi ki, Amerika- Gürcüstan münasibətləri yeni mərhələyə keçir və Gürcüstan-Amerika biznes-planı hazırlanmaqdadır.