Natia Turnava ABŞ-ın yeni səfiri Robin Danniqanla görüşüb
Natia Turnava ABŞ-ın yeni səfiri Robin Danniqanla görüşüb

 
Gürcüstan Milli Bankının prezidenti vəzifələrinin icraçısı Natia Turnava ABŞ-ın Gürcüstandakı yeni səfiri Robin Danniqanla görüşüb.

Milli Bankdan verilən məlumata əsasən, tanışlıq məqsədli görüşdə müzakirələr zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyətinə və əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə toxunulub. Qeyd olunub ki, Amerika Birləşmiş Ştatları hər zaman Gürcüstanın ən mühüm strateji tərəfdaşı olub və qalır.

Natia Turnava ABŞ-ın yeni səfirini Gürcüstanın maliyyə sektorunda mövcud vəziyyət və həyata keçirilən layihələrlə tanış edib. Görüşdə həmçinin Beynəlxalq Valyuta Fondunun proqramının ən qısa müddətdə bərpasına da diqqət yetirilib.

“Milli Bankla ABŞ səfirliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında sıx əlaqələr və əməkdaşlıqdan danışdıq. Milli Bank müxtəlif istiqamətlərdə USAİD ilə fəal əməkdaşlıq edir və mən ABŞ hökumətinə, ABŞ səfirliyinə və Amerika xalqına bu illər ərzində Gürcüstanda cari islahatlara verdiyi dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. ABŞ səfiri ilə görüşdə gələcəkdə də koordinasiya və əməkdaşlığı fəal şəkildə davam etdirəcəyimizlə bağlı razılaşdıq”-deyə Natia Turnava qeyd edib.