Natia Turnava ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Natia Turnava ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi ilə görüşüb

 
Gürcüstanın Milli Bankının prezidenti vəzifələrinin icraçısı Natia Turnava ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Abram Peyli ilə işgüzar görüş keçirib. Məlumatı Milli Bank yayır.

Milli Bank, görüşdə tərəflərin mövcud geosiyasi çağırışları və İranla bağlı sanksiyaların həyata keçirilməsini müzakirə etdikləri haqqında məlumat verir.

“Milli Bankın bu istiqamətdə həyata keçirdiyi tədbirlərə və gördüyü işlərə də toxunulub. Görüşdə Milli Bank tərəfindən müvafiq tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirildiyi qeyd edilib.

Qeyd edək ki, Gürcüstandan başqa, ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Ermənistan və Azərbaycanda görüşlər keçirib” – Milli Bankın məlumatında qeyd olunub.

ABŞ-ın xüsusi nümayəndəsi Abram Peyli də Gürcüstana səfəri ilə bağlı məlumat yayıb. Amerikalı diplomatın sosial şəbəkədə yazdığı kimi, Gürcüstanın Xarici İşlər Nazirliyi, İrana qarşı sanksiyalara əməl olunması məsələsinin müzakirə edildiyi Gürcüstanın Milli Bankı və kommersiya bankları ilə məhsuldar görüşlər keçirib.