Natia Turnava - AB-i tərəfindən Gürcüstana ayrılan 3.9 milyard avro həcmindəki  yardım olduqca böyük sərmayədir və strateji sektorlara xərclənəcək
Natia Turnava - AB-i tərəfindən Gürcüstana ayrılan 3.9 milyard avro həcmindəki yardım olduqca böyük sərmayədir və strateji sektorlara xərclənəcək

 

AB-i Gürcüstana yardımla bağlı çox vacib qərar verdi – 3.9 milyard avroluq yardım Şərq Qonşuluğu bölgəsinin ölkələri üçün ayrılan ümumi paketin ən vacib hissələrindən biridir, – deyə İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava , AB-i tərəfindən Şərq Qonşuluğu bölgəsinin ölkələri üçün ayrılan yardım paketini şərh edərkən bildirib.

Tbilisidə rəsmi səfərdə olan Avropa Qonşuluq  və Genişlənmə Siyasəti üzrə Avropa Komissarı Oliver Varhey sözü gedən yardım paketi ilə əlaqədar baş nazir İrakli Ğaribaşvili ilə birgə keçirdiyi mətbuat konfransında açıqlama verib.

“Bu, məhz ən strateji sahələr üçün istifadə ediləcək sərmayədir, Gürcüstan və Avropa arasında fiziki əlaqələrin möhkəmləndirilməsi demək olan rəqəmsal xidmətlər və optik lif kabelinə şamil olunur ki, bu da Qara dənizdən keçəcək. Bu elektrik ötürücü şəbəkələr və elektrik ötürücü yüksək gərginlikli kabellərə şamil olunur, bu da Qara dənizdən keçəcək və burada  texniki-iqtisadi əsaslandırma mərhələsindəyik. Bu, limanlarımızla AB-nə üzv dövlətlərin  limanları arasında gəmi-bərə  hərəkətinin intensivləşməsinə şamil olunur ki, bu da maddi-texniki potensialımızı daha da artıracaq və dəhlizdəki rolumuzu gücləndirəcək.  Ən əsası kiçik müəssisələr üçün yardımdır, ki bununla biznesimizin rəqabət qabiliyyətini gücləndirəcəyik ” – deyə Natia Turnava bildirib. 

Onun sözlərinə görə, yerli kiçik müəssisələr getdikcə daha çox Avropa bazarlarında təmsil olunur, lakin həm kənd təsərrüfatı, həm də kənd təsərrüfatı məhsullarının emalı, eləcə də digər qeyri-qida məhsulları baxımından müvafiq keyfiyyət standartlarının qəbul edilməsi çox vacibdir.

“Bu istiqamətdə çox ciddi yardım var və bu, 10 illik strategiyamızın əsas prioritetləri  – iqtisadiyyatımızın təməl daşı olan kritik infrastrukturun gücləndirilməsi ilə tamamilə uyğundur” -deyə Natia Turnava bildirib..